"Vətən müharibəsində Azərbaycanla Ermənistan arasında çox böyük fərq var idi. Bu müharibədəki Qələbəmiz ölkəmizin siyasi, iqtisadi, hərbi və mənəvi üstünlüyünün təsdiqi idi".
Tehsil.biz xəbər verir ki, bunu 27 sentyabr - Anım Günü ilə əlaqədar “Biz birlikdə güclüyük” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ifadə edib.
M.Qurbanlı bildirib ki, Vətən müharibəsindəki ən böyük üstünlüyümüz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın milli-mənəvi həmrəyliyi idi:
"Döyüşlərdə hətta bizim hərbçilərlə düşmən əsgərlərinin mənəvi-psixoloji vəziyyəti arasında böyük fərq var idi. Çünki bizim əsgərlərimiz öz Vətəni, torpağı uğrunda, düşmən isə işğalçı kimi başqasının ərazisində vuruşurdu. Bu baxımdan əsgərlərimiz mənəvi-psixoloji cəhətdən düşməndən birbaş üstün idi".