Logo

Valideynlər çətin durumda: İş dəftərləri tapılmır - VİDEO

25.09.2021 11:25 616 baxış
IMG

İş dəftərlərinin məktəblərdə faktiki məcburiyyət halına gətirilməsi hər zaman müzakirə mövzusu olub və bir çox valideyn hər zaman bundan şikayət edib. Bu il isə valideynlər başqa bir problemlə qarşılaşıblar. Deməli, bəzi iş dəftərlərinin satışı yalnız poçtlarda təşkil olunur və bu iş dəftərlərini başqa heç bir yerdə tapmaq mümkün deyil. Üstəlik, valideynlər dərslərin başlamasından 3 gün keçməsinə baxmayaraq, poçtlardan bu dəftərləri tapmaqda çətinlik çəkirlər. Bəs iş dəftərlərinin yalnız poçtlarda satılması nə qədər doğru addımdır?

Övladını bu il birinci sinfə göndərən Ülviyyə Ağayeva kimi çox sayda valideyn məktəbdən alınması vacib olduğu deyilən iş dəftərlərini axtarıb tapmaqda çətinlik çəkir. 1-ci və 2-ci sinif şagirdləri üçün nəzərdə tutulan iş dəftərlərinin yalnız poçtlarda satılması valideynlərin yolunu kitabxana və dəftərxana dükanlarına yox, poçtlara salır. Elə özümüz də poçtların birindən - daha dəqiq Yasamal rayonunda yerləşən 17 saylı poçtdan iş dəftərlərinin olub-olmadığını soruşduq. Valideynin aldığı yox cavabını bir də özümüz eşitdikdən sonra dəftərxanalara baş çəkdik.

Milli.Az bildirir ki, məsələ ilə XəzərXəbər-in sualına "Azərpoçt" MMC-dən bildirildi ki, burada qanunsuz hansısa addım atılmayıb. İş dəftərlərinin poçtlarda satılması "Azərpoçt" ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanmış müqavilə əsasında təşkil olunur və bu proses tələbata uyğun olaraq, hər gün həyata keçirilir.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə bildirdi ki, bölgələrdə iş dəftərlərinin satılması ilə bağlı hər hansı şikayət daxil olmasa da, paytaxtda belə bir problemin yaşandığından xəbərdardırlar. İş dəftərlərinin yalnız bir müəssisədə satılmasının səbəbinə gəlincə isə, direktor bildirdi ki ...

Təhsil İnstitutunun direktoru paytaxtda "Azərpoçt"un 131 məntəqəsinin olduğunu və bu məntəqələrdə ümumilikdə təqdim olunan iş dəftərlərinin bugünədək 68 faizinin satıldığını bildirdi. Rüfət Əzizov çatışmazlığın yaşandığı məntəqələrə də gələn həftədən yeni nüsxələrin təqdim olunacağını dedi.

https://daytube.az/az/embed/115147

Xəbər lenti