Logo

Azərbaycan Dillər Universitetində TKT təliminin qeydiyyatı başlanır

25.09.2021 14:32 541 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri Təlim-Tədris və Karyera Mərkəzi “British Counsil” təşkilatının və bu ali məktəbin təlimçisi Zarema İbrahimova ilə birgə TKT (Teaching Knowledge Test) təliminin qeydiyyatına başlayır.

Universitetdən bildirilib ki, təlim hər bir modul 8-10 dərsi əhatə edir. Təlimdə iştirakçılar, ilk növbədə, biliklərini artırırlar. Eyni zamanda, TKT müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir.

Belə ki, bu təlim gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir.

Sonda hər bir iştirakçıya Azərbaycan Dillər Universitetinin rəsmi sertifikatı veriləcək.

Xəbər lenti