Logo

"Ağıllı eynək", "Ağıllı məktəb" Texnofestdə: Azərbaycan startaplarına olan maraq

25.09.2021 15:54
IMG

Türkiyədə keçirilən “Teknofest” – Aerokosmik və Texnologiya Festivalında Azərbaycanın 11 startapı nümayiş etdirilir. Onlardan biri də “Idrak Technology Transfer”in layihələridir. "İdrak Texnoloji" Şirkətinin maliyyə müdiri Fərrux Mirzəyev Azvision.az -a açıqlamasında festivala 3 nəfər heyətlə qatıldıqlarını və 5 innovativ layihələrini nümayiş etdirdiklərini deyib:

"Mənimlə yanaşı, heyətin, eyni zamanda layihənin rəhbəri Vüqar Həşimov və Hafiz Quluzadə də iştirak edir. 2018-ci ildən bəri hər il keçirilən "Teknofest" öz sektorunda ən çox iştirakçısı olan innovasiyalar və texnologiyalar festivalıdır. Bu il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəvəti ilə festivalda iştrak etməyi qəbul etdik. Stendimiz kiçik olduğu üçün 120 layihəmizdən sadəcə qabariti balaca olan 5 innovativ layihələrlə iştrak edirik. Layihələrimiz bunlardır:



Ağıllı Eynək bizim yeni inkişaf etdirdiyimiz sosial layihələrdən biridir. Gözdən qüsurlu insanlar üçün nəzərdə tutlan bu eynək hər hansı bir dildə olan kitab, dəftər, jurnal, qəzet və digər materialların şəklini çəkir, qavrayır, tərcümə edir və səsli olaraq oxuyur. Bu təbii ki, layihənin birinci pilləsidir. Onu daha da inkişaf etdirib gözdən qüsurlu insanlar üçün həyatı böyük ölçüdə yaxşılaşdıracağıq.

Ağıllı Məktəb: Ağıllı məktəb kompleks həlli olan böyük bir təhsil sistemidir. Sistem tamamən bitib və satışa hazırdır. Bu sistemdə Azərbaycan təhsil sistemindəki bütün dərsliklərin kontenti vardır. Həmin kontentə yazılardan əlavə olaraq 3-D modellər, videolar və .s mövcuddur. Bu özəllikləri sayəsinində şagirdlərə dərsliyi oxumaq çox maraqlıdır. Onlar nəinki yazı olaraq, hətta vizual olaraq informasiya qəbul edirlər. Statistikaya görə "Ağıllı məktəb"lə şagird 80-90 faiz dərsi sinifdə qavramış olur. Bundan əlavə olaraq sistemdə e-jurnal, e-kitab, e-dəftər, e-lövhə və e-gündəlik bir planşetin içində mövcud olur. Artıq şagirdlərimiz ağır kitabları dərsə aparmayacaq və sadəcə bir planşetlə gedəcəklər.



İki səhifəli planşet: Bu ağıllı məktəb layihəsinin bir parçasıdır. Layihənin ən böyük özəlliyi şagirdin bir səhifədə kitabı oxuması, digər səhifədə isə dəftərinə qeydlər yazmalıdır. Eyni zamanda digər səhifədə videolara da baxa bilər.

Ağıllı sayğac: Ölkədə qaz, su və elektrik itkisi hər il çox olur və istehlakçı bunları idarə edə bilmir. "Ağıllı sayğac" vasitəsilə şəxs bir planşetdə həm qazın, həm suyun, həm də elektrikin sərfiyyatını görür, eləcə də itki sıfıra bərabər olur. Ödənişləri kartla etmək olur. Həmçinin sizin bir neçə eviniz varsa, bütün evlərin qaz, su və elektrik sərfiyyatını eyni planşetdə görə bilirsiniz.



Orta ölçülü dron: Bu dron 50 dəqiqə havada qalma özəlliyinə sahibdir, 7.5 kq ilə havalanır, 60 km-saat sürət yığa bilir. Dronun istifadə yerləri çoxdur. Təklükəsizlik məqsədləri üçün istifadəsi daha yayqındır".

"Texnofest"də ilk dəfə iştirak etdiklərini deyən F.Mirzəyev Azərbaycanı aparıcı İT şirkəti olaraq təmsil etməyib gözəl bir duyğu olduğunu deyib.

""Texnofest"in üstünlüklərindən ən böyüyü kiçik startaplarla, böyük şirkətlər və investorların bir araya gətirilməsidir. Onlar bir-birləri ilə əməkdaşlıq qurabilir, yeni tanışlıqlar edir və texnologiya trendlərinə artıq canlı olaraq şahid olurlar.

Layihələrimizə maraq çox böyükdür, hətta əməkdaşlıq istəyənlər də çoxdur. Ən çox maraq görən layihələrimiz "Ağıllı eynək" və "Ağıllı məktəb"-dir".









Xəbər lenti