Logo

2021-ci il üzrə Nobel mükafatı laureatları öz ölkələrində mükafatlandırılacaqlar

26.09.2021 11:26 456 baxış
IMG

2021-ci il üzrə Nobel mükafatı laureatları yaşadıqları ölkələrdə mükafatlandırılacaqlar.

Tehsil.biz İsveç KİV-lərinə istinadla xəbər verir ki, bu qərar Nobel Fondu tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar növbəti mükafatlandırma mərasimi ləğv edildikdən sonra verilib.

Stokholmda ənənəvi keçirilən Nobel mükafatı mərasimləri əvəzinə builki format müxtəlif tədbirlərdən ibarət olacaq.

2020-ci ildə COVID-19 pandemiyası artıq 12 laureatın ənənəvi şəkildə təntənəli mükafatlandırılmasından imtina etməsinə səbəb olub. Tədbirin rəsmi ziyafəti də ləğv edilərək Avropa və ABŞ-da kiçik mərasimlərlə əvəzlənib.

Öz növbəsində, Norveç Nobel Komitəsi hər il Osloda keçirilən Nobel Sülh Mükafatı laureatlarının təqdimetməsini və onları əvvəlki qayda ilə mükafatlandırmaq imkanını hələ də nəzərdən keçirir. Komitə cari il oktyabrın ortalarında builki tədbirlərin formatını açıqlamağı planlaşdırır.

AZƏRTAC

Xəbər lenti