"Sanitar-epidimioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının qərarı və Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il 332 nömrəli qərarının 2.7, 3.4, 3.5 bəndlərinə əsasən təhsil müəssisələrində əməkdaşların və tələbələrin sağlamlıqlarının qorunması və COVİD-19 virusuna yoluxmasının qarşısını almaq məqsədi ilə dezinfeksiya işləri həyata keçirilməlidir.
Qeyd edilən qanun və qərarlara uyğun olaraq ADPU-nun Quba filialında da mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Mövcud qrafikə uyğun olaraq filialda növbəti dezinfeksiya işləri həyata keçirilmişdir.
"Prof-dez" şirkətinin əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya prosesində ADPU-nun Quba filialının inzibati binalarındakı bütün otaqlar, auditoriyalar, dəhlizlər, sanitar qovşaqlar COVİD-19 əleyhinə dezinfeksiya edilmişdir.
Dezinfeksiya işləri bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir.