Logo

ADU-da “Anım günümüz” adlı tədbir keçirib

26.09.2021 14:56 829 baxış
IMG

ADU-nun Filologiya fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası “Anım günümüz” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Aytən Hacıyeva açaraq, Vətən müharibəsindən və bu müharibədə rəşadət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər və zabitlərindən, bütövlükdə xalqımızın əzm və iradəsindən, birlik və həmrəyliyindən, düşmən üzərində sarsıdıcı qələbədən danışıb.

Daha sonra, kafedranın əməkdaşı dosent Aytən Allahverdiyeva “Cənnət qoxulu şəhidlər”, müəllim Gülnar Nağıyeva “Torpaq qanla qarışanda Vətən olar”, müəllim Nərmin Mustafayeva “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 27 sentyabr”, müəllim Səbinə Nurəliyeva “The Establishment of Memorial Day as a Public Holiday in Azerbaijan” mövzularında Azərbaycan və ingilis dillərində maraqlı və təsirli çıxışlar edib və videoyazılar, eləcə də təqdimatlar nümayiş etdiriblər.

Sonda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin ruhu yad edilib, qazilərimizə isə şəfa arzulanıb.

Xəbər lenti