Tərcümə fakültəsinin təşkilatçılığı ilə 27 sentyabr Anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən fakültə dekanı dosent Bənövşə Məmmədova hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, 30 il davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb. Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, cənab Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı, Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.
Tədbirə dəvət olunan qazilərimiz 44 günlük döyüşdə şücaətlərindən danışıblar.
Fakültənin məzunu Şəhid Teymur Osmanlının anası oğlunun könüllü döyüşdə iştirak etməsi, onun cəsurluğundan danışıb.