Bu gün biz yenidən dünyaya göz açdıq. Açdıq ki, hər kəsin gözünə daha məğrur daha dik baxa bilək.
Mən, sən,o hamı dəyişdi. Tarix dəyişdi.
Səndən ötrü can verməyə hazır olan övladların sözü əmələ çevirdi. Şəhadəti ilə Tarixə şahidlik edən Fatehlər, Tarix yazdılar. Qürur,fəxr,zəfər tarixi.
27 sentyabr müasir Azərbaycan xronologiyası bu tarixlə başlayır sanki. Sanki məhs bu gün səmaya günəş doğdu, sanki ciyərlərimiz bu gün başladı nəfəs almağa.
Bir sözlə bu gün biz yenidən doğulduq. Bir daha ölməmək üçün.