Logo

Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupları beynəlxalq festivalda çıxış edəcəklər

18.11.2020 15:09 568 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupları Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi “QİTİS – Ustad dərsi” festivalında iştirak edir.

 

Universitetdən bildirilib ki, noyabrın 20-dək davam edəcək festival pandemiya ilə əlaqədar onlayn keçirilir. Festival çərçivəsində, həmçinin müəllim və tələbələr üçün aktyor sənəti, səhnə danışığı, teatr tarixi və nəzəriyyəsi üzrə müxtəlif ustad dərsləri keçirilir.

 

Rusiya, Moldova, Özbəkistan, Qazaxıstan və Azərbaycandan teatr mütəxəssislərinin qatıldığı festivalda azərbaycanlı tələbələr V.Şekspirin eyniadlı əsəri əsasında hazırlanmış “Romeo və Cülyetta” plastik tamaşası ilə çıxış edəcəklər. Plastik fars janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Nargilə Qəribovadır. ADMİU-nun müəllimi C.Dadaşovun quruluş verdiyi tamaşa noyabrın 19-da nümayiş olunacaq.

Xəbər lenti