Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində Anım Günü münasibətilə tədbir keçirilib.
Saat 12:00-da 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərimizin və mülki vətəndaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra UFAZ-ın İcraçı Direktoru Vazeh Əskərov Vətən müharibəsi günlərini yad edərək, bütün ölkə vətəndaşlarının necə bir yumruq kimi birləşdiyini xatırladıb. “Hər bir UFAZ ailəsi üzvü həmin günlərdə cəbhədən həyacanla xəbər gözləyirdi. Azərbaycan xalqının öz haqq savaşında qalib gəldiyini", deyən Vazeh Əskərov, "indi qarşıda böyük quruculuq işlərinin durduğunu və hər bir tələbənin bu işdə töhfə verə biləcəyini" deyib.
Tədbir Anım Günü ilə bağlı video çarxla davam edib və sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.