Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun Tələbə şəhərciyinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Tehsil.biz xəbər verir ki, Ağacəkmə aksiyasında Vətən müharibəsinin iştirakçısı olmuş qazilər və zabitlər, şəhid valideynləri, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayonunun idarə və müəssisələrinin nümayəndələri, Bakı Dövlət Universitetinin rəhbərliyi və tələbələri iştirak ediblər.