Mərasim Ulu öndər Heydər Əliyevin universitetdə yerləşən abidəsi önündə keçirilib. Pedaqoji Universitetin rəhbərliyi və ali təhsil müəssisəsinin müvafiq struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhadətə ucalan qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tehsil.biz-in məlumatlna görə, Daha sonra universitetin rektoru, professor Cəfər Cəfərov nitq söyləyərək Vətən uğrunda canından keçən müqəddəs şəhidlərimizin hər birimizin qəlbində daim yaşayacağını və hamımızın onlara borclu olduğumuzu bildirib. Rektor həmçinin, qeyd edib ki, Vətən müharibəsində şəhid olmuş üç min nəfərə yaxın qəhrəman övladlarımız arasında ADPU-nun da tələbə və məzunları yer alır. Belə ki, universitetin 12 nəfər tələbə və məzunu Vətən müharibəsində şəhadətə yüksəlib.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov