Logo

İcra başçısının iştrakı ilə Füzuli məktəbində Anım Günü qeyd edilib

27.09.2021 15:47 336 baxış
IMG

27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Füzuli rayonunda da mərasim təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, 84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Vüqar Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin şəxsi heyyəti, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə Şəhid valideynləri, qazilər və rayon rəsmiləri çıxış edərək 44 günlük zəfər savaşından söhbət açıblar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb.

Xəbər lenti