Logo

Aqrar Universitetdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

27.09.2021 16:53 554 baxış
IMG

27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti və tələbələrin iştirakı ilə tədbir keçirilib.

Tehsil.biz-in xəbərinə görə, tələbə parkında keçirilən tədbirdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 1 il bundan öncə Müzəffər Ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatından və xalqımızın dözümlü iradəsindən söz açıb: “Bu gün biz, yaşadığımız qələbə sevincini şəhidlərimizə və qəhrəman qazilərimizə, əsgərlərimizə borcluyuq. ADAU-nun 6 əməkdaşı da bu qəhrəmanlıq savaşında iştirak edib. Prezidentimizin rəhbərliyi ilə ordumuz 30 illik həsrətə son qoydu. Biz bundan sonra işğaldan azad edilən torpaqlarımızın dirçəlməsində, yenidən qurulmasında canla-başla iştirak edəcəyik.”

Tədbirdə Aqromonluq fakültəsinin dekan əvəzi Aynur Həsənova, İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Azad Bayramov, universitetin Vətən müharibəsində iştirak edən əməkdaşlarından Daxili nəzarət şöbəsinin müdiri Namiq Cəfərov və universitetin əməkdaşı Asif Hazıcadə, tələbələrdən Aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Həmid Şıxbabayev çıxış ediblər.

Sonda Tələbə parkında ucaldılan Şəhidlər abidəsinin qarşısına gül dəstələri düzülüb, dualar oxunub.

Xəbər lenti