Logo

BDU-da Anım Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

27.09.2021 17:27 370 baxış
IMG

Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yarışmanın rəsmi açılış mərasimində çıxış edərək 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun öz tarixi missiyasını yerinə yetirərək 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı qəhrəmanlıq nümayiş etdirərək düşmən tapdağından azad etdiyini bildirib. Qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək idarə qarşısında duran başlıca vəzifələrdəndir.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı ordu və dövlətimizin ətrafında yumuruq kimi birləşərək həmrəylik göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımız düşməndən azad olundu. Şanlı Qələbənin qazanılması naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla anılacaq.

Gərgin mübarizə şəraitində keçən bilik yarışmasının qalibi adını Azərbaycan Dillər Universitetinin komandası qazanıb. Müvafiq olaraq II və III yerlərə isə Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin komandası layiq  görülüb.

Xəbər lenti