Rusiyanın Başqırdıstan respublikasında 280-ə yaxın məktəbdə karantin tətbiq olunub.
Tehsil.biz-in məlumatına görə, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətin regional idarəsi bildirib.
Qeyd olunub ki, tədris müəssisələrində 5-dən çox koronavirusa yoluxma halı qeydə alındıqda karantin rejimi tətbiq olunur.
Hazırda Başqırdıstan ərazisində 730 uşaq müəssisəsində yoluxma qeyd alınıb. Ümumilikdə 279 məktəbdə 768 sinif karantinə bağlanıb.
Trend