Azərbaycan xalqının 30 ilə yaxındır gözlədiyi o xəbər bu gün 27 sentyabr tarixində verildi.
Məhz həmin gün MN -nin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov düşmən təxribatlarının qarşısını almaq üçün Azərbaycan ordularının bütün cəbhə boyu əks-hücum əməliyyatı həyata keçirdiyini elan etdi. Beləcə tarixə ll Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başladı.
Müharibə zamanı Azərbaycan xalqı heyran olunacaq birlik və bərabərlik nümayiş etdirərək Cənab Prezidentimiz, Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Cənab Prezident İlham Əliyevin 02 dekabr 2020 - ci il Sərəncamı ilə hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsinə qərar verilmişdir.
Anım Günü ilə bağlı olaraq ADPU - nun Quba filialının bütün əməkdaşları şəhidlərə öz dərin ehtiramını bildirmək, bir vətəndaş kimi öz mənəvi borclarını yerinə yetirməm üçün Quba Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarı üstünə əklil və gül dəstələri qoyulub.
Daha sonra direktor Yusif Alıyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə filialda ehsan süfrəsi açılıb.
Ehsan süfrəsində Cənab Ali baş Komandanın rəhbərliyi ilə ordumuzun döyüş yollarından, qəhrəmanlarımızın igidlik və qorxmazlıqlarından danışan direktor dosent Yusif Alıyev şəhidlərimizin xalqımız və dövlətimiz üçün bir an belə fikirləşmədən canlarından keçdiklərini qeyd edib.