Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verilib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçü və qazilər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin ilk verilişində - Vətən Müharibəsi iştirakçısı, BDU-nun Coğrafiya fakültəsinin tələbəsi, qazi Ömər Bozbaxov öz döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin ilk buraxılışını sizə təqdim edirik: