Logo

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib

27.09.2021 20:28 249 baxış
IMG

Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb. 

Teymur Mirzəyev 1993-cü ildə Xalq artisti adına layiq görülüb. 

Allah rəhmət eləsin! 

Xəbər lenti