Logo

BSU tələbəsi "Vətən mənə oğul desə" adlı anım tədbirində iştirak edib

28.09.2021 08:01 610 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, gənclər təşkilatları, ictimai fəal gənclərin, Vətən müharibəsi iştirakçılarının və dövlət rəsmilərinin iştirakı ilə sentyabrın 27-də Bakı Konqres Mərkəzində “Vətən mənə oğul desə” adlı anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, Bakı Slavyan Universiteti (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri vəzifəsini icra edən Rəhilə Yusifova da tədbirdə iştirak edib.

Anım tədbirində şanlı bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda ucaldan, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanca döyüşmüş, canlarından keçmiş şəhidlərimiz dərin ehtiramla yad edildi.

Bir il əvvəl Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əsgərlərimizin rəşadəti sayəsində Zəfərlə bitdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu, münaqişə sona çatdırıldı. 

Tədbirdə, həmçinin, gənclərin və gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyəti barədə bəhs edən “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” jurnalı təqdim edildi, 44 günlük Vətən müharibəsinə həsr olunmuş müxtəlif videoçarxlar, o cümlədən “Belə-Belə İşlər” Platforması və Gənclər Fondunun birgə hazırladığı, Vətən müharibəsinə həsr olunmuş silsilə videogündəliyin ilk videosu nümayiş olundu.

Xəbər lenti