Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akt zalında Anım tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Vətən müharibəsi şəhidi Səbuhi Sadıxovun atası Rövşən Sadıxov, II Qarabağ müharibəsi qazisi, ADBTİA-nın magistrantı Elnur Əkbərov və Olimpiya çempionu Namiq Abdullayev çıxış ediblər.