Logo

ADPU Tələbə Gənclər Təşkilatının üzvləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər

28.09.2021 09:43 401 baxış
IMG

Sentyabrın 27-də Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə ölkənin aparıcı gənclər təşkilatlarının və könüllü hərakatlarının 1500-dən çox nümayəndəsi Vətən müharibəsinin başlanmasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Tehsil.biz xəbər verir ki, yürüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) sədri, sədr müavinləri, ADPU TGT-nin fəal üzvləri və universitetin 100-dən artıq tələbəsi iştirak etmişdir.

Fəxri Xiyabanı ziyarət zamanı mənfur qonşumuz Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsinin ilkin hüquqi-siyasi təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu xüsusi olaraq vurğulanmış, Müzəffər Ali Baş Komandanın ata vəsiyyətinə əməl edərək “Dəmir Yumruq” əməliyyatı nəticəsində düşməni kapitulyasiyaya məcbur etməsi ilə Ulu Öndərin ruhunun da şad olduğu bildirilmişdir. 

Gənclər və Vətən Müharibəsi qaziləri tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyev və Qarabağla bağlı şüarlar səsləndirilmiş, cənab Prezidentin rəhbərliyi altında qazanılan qələbə qeyd edilmiş, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi hörmət və ehtiramla yad edilmişdir. 

Ziyarətin davamında Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış Əbədi məşəl abidəsinin önünə və şəhidlərin məzarlarına gül dəstələri qoyulmuşdur.

Xəbər lenti