Logo

Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü tədbiri keçirilib

28.09.2021 10:10
IMG

Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, Şəhid müəllimlər Rabil İsmayılov və Rəşad Məmmədovun ailə üzvləri, qazi müəllimlər və məktəb direktorları iştirak ediblər. 

Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb. 

Sonda şagirdlər vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış ediblər. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. 

Xəbər lenti