Azərbaycan Texnologiya Universitetində koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, universitetin bütün tədris binaları, konfrans və akt zalları, auditoriya və laboratoriyalar, kitabxana, oxu zalları, dəhlizlər, sanitaq qovşaqlar və həyətyanı ərazilər COVİD-19 əleyhinə dezinfeksiya olunub.
Dezinfeksiya işləri yeni dərs ilinin başlanması məqsədilə, eləcə də Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il 332 nömrəli qərarının 2.7, 3.4, 3.5 bəndlərinə əsasən həyata keçirilib.
Universitet ərazisində dezinfeksiya işləri davamlı olaraq həyata keçiriləcəkdir.