Logo

LDU-nun rektoru yeni tədris ilinin başlanması münasibətilə universitet kollektivini təbrik edib

28.09.2021 11:41
IMG

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni-2021/2022  tədris ilinin başlanması münasibətilə  LDU-nun tələbə-professor-müəllim heyətinə

Təbriki

Əziz tələbələr, hörmətli müəllimlər, dəyərli valideynlər!
29 sentyabr tarixi ölkəmizin təhsil həyatında uğurlu gündür. Bu gündən yeni-2021/2022 tədris ilinə qədəm qoyuruq. Bu münasibətlə ilk əvvəl Lənkəran Dövlət Universitetinə  bu il  qəbul  olunmuş, universitet seçimində bizim ali təhsil ocağını seçmiş I  tədris  ili  tələbələrini  ürəkdən təbrik edir, onlara təhsil həyatında böyük uğurlar arzu edirəm. Əminəm ki, onlar ali təhsil üçün  məhz Lənkəran Dövlət Universitetini seçdiklərinə görə heç vaxt təəssüf hissi keçirməyəcəklər. Çünki LDU təhsilin modernləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması yolunda inamla irəliləyir.Yeni tədris korpuslarının, tələbə yataqxanasının  inşa edilməsi, təcrübə təsərrüfatlarının qurulması, xaricdən son nəsil laboratoriyaların alınması, professor-müəllim heyətinin yeni-daha ixtisaslı kadrlar hesabına daim yenilənməsi sübut edir ki, LDU bir nöqtədə dayanmır, bu günkü uğurlarına arxayınlaşmır, daim yeniliyə, yeni uğurlara can atır.
Sabah yeni tədris ilinə ənənəvi qaydada davam etməyimiz təhsildə yeni uğurlar qazanacağımıza təminatdır.Çox şükürlər ki, ölkəmizdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyanın vaxtında  aparılması öz səmərəli nəticəsini verdi,ölüm və yoluxma sayının azalması tədrisin əyani şəkildə qurulmasına şərait yaratdı.Bir daha bütün tələbə, müəllim və işçi heyətinin nəzərinə çatdırıram ki, un iversitetə ancaq vaksinasiya olunmuş şəxslər buraxılacaq.
Hər yeni tədris ilinin başlanması  təhsil  işçiləri, tələbələr , onların valideynləri  üçün bayramdır.Çünki elmə, biliyə gedən yollar, ölkəmizin inkişafı  təhsildən keçir.Lənkəran Dövlət Universitetində təhsil alan bütün tələbələri, onların valideynlərini, həmçinin universitetimizin professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, uğurlar arzulayıram. Qalib ölkənin qalib vətəndaşları- Yeni tədris iliniz mübarək!

Xəbər lenti