Sentyabrın 29-da ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil forması üzrə dərsə başlayacaq tələbələrin proqnoz sayı açıqlanıb.
Tehsil.biz-in məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16920 tələbənin, orta ixtisas təhsili üzrə 57 693 subbakalavrın təhsil alacağı proqnozlaşdırılır.