Logo

AzMİU tələbələrinin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb

28.09.2021 15:08 408 baxış
IMG

MOOCAO-nun rəhbərliyi və təşkilatçılığı ilə buraxılış işlərinin və magistr dissertasiyalarının XXX beynəlxalq baxış-müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, 18-25 sentyabr tarixlərində Rusiya Federasiyasının Tambov şəhərində keçirilən müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdən yüzlərlə iştirakçı qatılıb.

Müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Univeritetinin (AzMİU) Memarlıq fakültəsinin   müəllimləri Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev, Dizayn kafedrasının baş müəllimi Fəridə Qasımova, Memarlıq fakültəsinin bakalavar və magistr səviyyəsi üzrə təhsil alan tələbələri də təmsil ediblər.

Buraxılış işləri yüksək qiymətləndirilən tələbələr MOOCAO-nun 1(7 iş bakalavr, 4 iş magistr), 2 (13 iş bakalavr) və 3-cü (3 iş bakalavr, 1 iş magistr) yerlərinə layiq görülüblər.

Xəbər lenti