Logo

BDU-nun Şərqşünaslıq fakültəsində “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirilib

28.09.2021 15:53 391 baxış
IMG

27 sentyabr 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində professor-müəllim heyəti, tələbələr, şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə Anım gününə həsr olunmuş “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsi dövründə tələbələrin dünya ictimaiyyətinə xitabən hazırladığı videoçarx nümayiş etdirilib.

Fakültənin dekanı Elxan Əzizov çıxış edərək Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib, Prezident İlham Əliyevin siyasi və diplomatik səylərinin qazanılan qələbədə rolundan danışıb. Sonra dekan müavini Şahin Yusifli, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, dosentlər Əsmətxanım Məmmədova və Bənövşə Hacıyeva çıxış ediblər. Natiqlər şəhidlərimizi hörmətlə anıb, Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin tariximizin ən şanlı səhifəsi olduğunu xüsusi vurğulayıblar. Anım tədbirində şəhid ailələri adından Gülağa Rəhmətov, Sidiqə Feyzullayeva, qazi Səbuhi Qurbanov da da çıxış edib, unudulmaz və qəhrəman şəhidlərimizin həyatı, keçdikləri döyüş yolu və şəhadət məqamları barədə söhbət açıblar.

Daha sonra çıxış edən tələbələr müharibənin alovlanması, ölkə başçısının uğurlu daxili və xarici siyasətindən söz açıb, mənfur düşmənin Gəncə, Bərdə, Tərtər kimi şəhərlərdə dinc əhalini hədəfə almaqla müharibə cinayətlərini törətdiklərini xüsusi qeyd ediblər.

Tədbir Vətən müharibəsində qazanılan Zəfərə həsr edilmiş videoçarxın nümayişi ilə yekunlaşıb.

Xəbər lenti