Logo

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçki keçiriləcək

28.09.2021 16:19 530 baxış
IMG

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçimi üçün seçki prosesi təşkil ediləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb.

Mövcud qanunvericiliyə görə, İctimai Şuranın səlahiyyət müddəti iki ildir. Nazirlik yanında İctimai Şuranın səlahiyyət müddətinin 2021-ci ilin sentyabr ayında bitməsi nəzərə alınaraq, İctimai Şuraya yenidən seçkilər keçiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

Xəbər lenti