Fləşmobda ölkənin aparıcı könüllü təşkilatlarından 1300-dən çox gənc iştirak edib ki, onların da 150 nəfəri Azərbaycan Texniki Universitetini təmsil edib.
Bu barədə Tehsil.biz-ə AzTU-dan bildirilib.
Qeyd edilib ki, fləşmob zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan könüllülər Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.