Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dünya elmi birliyində tanınmış məzunları olan Florida Universitetinin professoru Nazim Muradova və Təl-Əviv Universitetinin professoru Lev Viloneviç Eppelbauma ADNSU-nun fəxri professoru adı verilib.
Bu barədə ADNSU-nun Elmi Şurasının 1 oktyabr 2020-ci il tarxli iclasında qərar qəbul olunub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı iclada hər iki namizəd haqqında ətraflı məlumat verərək onlara fəxri professor adının verilməsi təklifi ilə çıxış edib. Təklif Elmi Şuranın üzvləri arasında səsə qoyularaq yekdilliklə qəbul olunub.