Azərbaycanın böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev ölkəni tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görədə Ulu öndər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir. Heydər Əliyev siyasətinin davamçısı Prezident cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində, Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq zirvələri fəth edib. Cənab Prezident çıxışlarında da qeyd edir ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir. Prezident İlham Əliyev sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynalxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Ölkədə abadlıq- quruculuq işləri görülüb. Regionlarımızda sosial-iqtisadi inkişafına dair Dövlət proqramı yüksək səviyyədə təmin olunub. Dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib. Əhalinin rifahı yaxşılaşdırılıb. Cənab Prezident İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynalxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Xarici siyasəti sayəsində Azərbaycanın beynalxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
BMT Baş Asammbleyasının 76-cı sesiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Prezident İlham Əliyev tarix yazan, qələbə sevinci yaşayan, qalib dövlətin lideri kimi beynalxalq ictimaiyyətə mühüm açıqlamalar verdi. Öncə dünyanı cənginə alan covid-19 pandemiyasının bütün dünyada çətinliklər yaratdığını, Azərbaycanda da əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini xatırladıb. Yeri gəlmişkən onuda qeyd edim ki, covid-19 virusuna görə Azərbaycanın bölgələrində də qoyulan bütün qərarlara çox ciddi şəkildə əməl edilmişdir, eləcədə İmişli rayonunda bütün profilaktik qaydalara əməl olunmuş, rayonun ictimai yerləri, küçələri, iş yerləri dezinfeksiya edilmişdir. Azərbaycanda cari ilin yanvar ayından “peyvəndlənmə kampaniyası” başlanmışdır və İmişli rayonun camaatı da “peyvəndlənmə kampaniyasında” çox fəal iştirak etmişdir. Eyni zamanda, mütəmadi olaraq əhali ilə maarifləndirmə işləri də aparılır. Bu çətin dövrdə Azərbaycan hökuməti həmişə xalqın yanında olub. Azərbaycan həmdə digər ölkələrə də dəstək olub. Prezident İlham Əliyev çıxışında Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarlığını, Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslər irəli sürdüyünü bildirib.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın Azərbaycan xalqına qarşı etdiyi, hərbi cinayətlərindən, vəhşiliklərindən, 44 günlük müharibənin zəfərə gedən tarixindən geniş şəkildə dünya ictimaiyyətinə məlumat verdi. O, var gücüylə torpaqlarımızı sülh yolu, danışıqlar aparmaqla, müharibəsiz almağa çalışırdı, amma istisna olaraq müharibənində olacağını vurğulayırdı. Həmişə əminliklə bildirirdi ki, Azərbaycanın ərzazi bütövlüyü bərpa ediləcək. Ancaq bu danışıqlara baxmayaraq, 27 sentayabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri təxribata keçdi, rayonlarımız atəşə tutuldu, raket hücümlarına məruz qaldı. Azərbaycan Ordusunun Zəfər yürüşünə tab gətirə bilməyən düşmən günahsız mülki insanları hədəf almaqla cinayətlər törətdiyini, çoxlu insanın həlak olduğunu, onların arasında qadın və uşaqlar da olduğunu xüsusi olaraq qeyd etdi. Eyni zamanda, rayonların infrastrukturuna da çox ciddi ziyan dəydiyini bildirdi. Ermənistan Azərabaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı bu cür təxribatlar törətməsindən sonra Azərbaycan ordusu özünü müdafiə hüququndan istifadə etməklə əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azərabaycanın güclü, qeyrətli və vətənpərvər oğulları sayəsində torpaqalarımız düşməndən azad edildi. Öz yurd-yuvalarından didərgin düşmüş insanların vətən həsrətinə son qoyuldu. Qüdrətli Azərbaycan Ordusu tarixi ədaləti barpa etdi. Ermənilər 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı acınacaqlı vəziyyətə salıb. Azərbyacanın şəhər və kəndlərini tamamilə məhv edib. Azərbaycanın 9 şəhərini, yüzlərlə kəndini yer üzündən silib, Azərbaycan xalqının izlərini tamamilə silməyə çalışıb. Məscidlərimizdə, müqəddəs ziyarətgahlarımızda donuz saxlayıblar. Bu bütün dünya müsəlmanlarına qarşı “hörmətsizlikdir”, -deyə Prezident xatırladıb.
Cənab Prezident onu da bildirdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz, əsassız ərazi iddiaları arasında seçim etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşakarlıq və uğurla davam etdirdi. Son hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Bu, İlham Əliyevin yenilməyən qətiyyəti idi.
İmişli Rayon Mədəniyyət Mərkəzinin təşkilatçısı: Pərvin Yaqubova