Logo

GDU-da yeni tədris ilinin başlanması ilə bağlı iclas keçirilib

28.09.2021 18:13 414 baxış
IMG

Dünyanı cənginə almış pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə də bir sıra işlər həyata keçirilməkdə davam etdirilir. 

Gəncə Dövlət Universitetində İdarə Heyətinin toplantısında bu barədə geniş və ətraflı söhbət getmişdir. 

Rektor diqqətə çatdırmışdır ki, artıq bir sıra məhdudiyyətlər tətbiq olunacaqdır. Vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Əks halda vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Universitetdə hər bir əməkdaşın və tələbənin şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri işlər aparılır və aparılacaq. Məlum olduğu kimi sentyabrın 29-da  yeni dərs ilinə başlanacaqdır.

Odur ki, universitetdə vaksinasiya prosesinə ciddi yanaşılmalı, müəllim və əməkdaşların, eləcə də tələbələrin təcili surətdə vaksinasiya olunması prosesi sona yetməlidir. Bu qaydaların tələblərinə əməl edilməsinə nəzarət ücün operativ nəzarət üzrə məsul şəxslər təşkil edilib, onlar da tədris korpuslarında ciddi yoxlamalar aparacaqlar. Bu sahədə nöqsanlara yol verən əməkdaşlar müxtəlif məbləğlərdə cərimə olunacaq, hətta universitetə buraxılmayacaqlar. Sentyabrın 29-da dərslər başlayarkən vaksin olunmayan tələbələr də diqqət mərkəzində olacaqdır. Universitetin fakültə dekanlarına tapşırılmışdır ki, bu vacib məsələ ilə bağlı müvafiq işlər həyata keçirsinlər.

İclasda Yusif  Yusibov 2021/2022-ci il tədris ilinə hazırlıq, qarşıda duran vəzifələr, universitetdə struktur dəyişikliyi, kafedralarda tədris yüklərinin təhlili, təsdiqi və vaksinasiya ilə bağlı məsələlər ətrafında fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırmışdır.  GDU-nun strateji hədəflərinə uyğun olaraq qarşıda dayanan vəzifələri diqqətə çatdıran rektor yeni tədris ilində tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, tələbələr və məzunlarla iş, sosial fəaliyyət və digər sahələrdə gözləntilərindən danışmışdır.

İclasın yekununda universitetin rektoru, professor Yusif  Yusibov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzulamışdır.

Xəbər lenti