Logo

Məktəb direktoru Vətən müharibəsinin tarixini təhrif etməsinə aydınlıq gətirib

28.09.2021 18:19 2673 baxış
IMG

Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova Vətən müharibəsinin tarixini təhrif etməsinə aydınlıq gətirib.

O bildirib ki, sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yarandı:

"Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən Müharibəsini” “24 günlük Vətən Müharibəsi” kimi ifadə etmişəm.
Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

Xəbər lenti