Sentyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Corctaun Universitetinin professoru Toby Long İnklüziv təhsil mövzusunda seminar keçirib.
Seminar Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–tədris mərkəzi tərəfindən təşkil edilib. Seminarda universitetin müəllimləri iştirak edib.
Corctaun Universitetinin pediatriya bölməsinin professoru, Uşaq və İnsan inkişaf mərkəzinin və Corctaun Universitetinin erkən müdaxilə proqramının direktoru Toby Long İnklüziv təhsil mövzusunda müəllimlər üçün keçirilən seminarda mövzu ətrafında çıxış edərək iştirakçıların suallarını cavablandırıb.