Logo

Bakı məktəblərində çalışan müəllimlərin sayı açıqlanıb

29.09.2021 09:01 790 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin V-XI siniflərində 244 054 şagird təhsil alacaq.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə, ümumilikdə 471 661 şagird var. 2021-2022-ci dərs ilində Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 467 müəllim çalışır.  

Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.   

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Xəbər lenti