Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində Doktor Amin Musəvi ilə görüş baş tutub.
Tehsil.biz xəbər verir ki, UFAZ-ın İcraçı Direktor Vazeh Əskərov əvvəlcə Braziliya Campinas Universitetinin Qida mühəndisliyi fakültəsinin qida elmləri departamentinin baş elmi-işçisi olan Doktor Musəvini UFAZ-ın laboratoriyaları ilə tanış edib və buradakı tədris şəraiti barədə qonağa məlumat verib.
Daha sonra, Amin Musəvi UFAZ tələbələri və müəllim heyəti qarşısında Qida təhlükəsizliyi mövzusunda təqdimat edib.