Bakı Dövlət Universiteti (BDU) əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında yaranan izdihama aydınlıq gətirib.
Tehsil.biz xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Report-un sorğusuna cavab olaraq bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.
O qeyd edib ki, mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməyi mümkün deyil: "Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir".