Logo

"Universitetlər elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdırlar" - Millət vəkili

29.09.2021 11:04 444 baxış
IMG

"Bu gün tələbələr Ali məktəblərdə ənənəvi dərslərə başlayırlar. Uğurlar diləyirəm. Universitetlər dünyada elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdırlar".

Tehsil.biz xəbər verir ki, bunu Millət vəkili Etibar Əliyev bildirib.

O bildirib ki, gecikmələr öz dərin təsirini göstərib, yəqin ki, heç kim tərəddüd etməz:

"Universitetlərimizin əksəriyyətində durğunluq hökm sürür. Cəmi 2-3 universitetdə islahatların aparılması, yeniliklərə imza atılması müqayisədə aşağı göstəricidir. Özəl təhsil sistemi böhran içərisindədir. Universitetlərin vəzifələri və missiyaları haqqında aydın təsəvvürlər yoxdur. Universitet tədqiqatları aşağı səviyyədədir. Təbiət və fundamental elmlərdə texnoloji uçurum öz təsirini göstərib".

Etibar Əliyev deyir ki, tələbə qəbulunun nəticələrindən başqa heç bir göstərici önə çəkilmir:

"Yüksək nəticə göstərən tələbələr bir müddətdən sonra təhsillərini başqa ölkələrdə davam etdirmək istəyirlər. Universitet təsəvvürlərimiz yenilənməlidir. Universitet fundamental məsələləri həll etmək üçün ən rahat məkan olmaqla yanaşı, həm də alternativ dəyərlər sistemi yaratmalıdır".

Millət vəkilinin sözlərinə görə, universitetin digər ictimai institutlardan əsas fərqləndirici cəhəti onun əmək bazarına və insan kapitalının inkişafına cavabdehlik daşımasıdır:

"Universitet elmi öz həyatını yaşamalı və özü prioritetlərini müəyənləşdirməlidir.
-Universitetlər özünəməxsuluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır. Kampus məhdudiyyəti bu prinsipin həyata keçməsinə imkan vermir. 
-Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar.
-Universitet kitabxanaları daima yenilənməli, universitetlərarası kitabxabna kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir. 
-Universitetlər cəmiyyətə transformasiya olunmalı, sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar.
-Universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir.
-Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir.
-Universitetlər tədqiqatları ilə paraktik məslələri (tədqiqatların tətbiqini) həll etməli, elmin populyaralşdırılmasında maraqlı olmalıdırlar.
-Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğurunu qiymətləndirməlidir.
Tələbələr müəllimlərin mühazirələri ilə kifayətlənməməlidirər. İxtisasları üzrə yeni ədəbiyyatları axtarıb tapmalı və bilik dairələrini genişləndirməlidirlər. Təəssüflər olsun ki, müəllimlərin böyük kəsimi  illər boyu mühazirələrini yeniləmirlər".

Fəqan Əzimli

Xəbər lenti