Logo

Sumqayıt Dövlət Universitetinin rektorundan “saqqal qadağası”na CAVAB

29.09.2021 14:04 423 baxış
IMG

Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin adının açıqlanmamsını istəyən tələbələri pandemiyadan əvvəl saqqalı olan oğlanların universitetdə dərslərə buraxılmaması ilə bağlı şikayət ediblər.

SDU-nun mətbuat katibi Nazxanım Cəlili bu haqda məqaləmiz dərc olunduqdan sonra, nəhayət ki, əməkdaşımızın sualını cavablandırıb:

“Bu məsələ ilə bağlı universitetin rektoru professor Elxan Hüseynova müraciət etdik. Rektor məsələ ilə bağlı bildirdi ki, bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır! Bir sözlə, tələbə çalışqan, intizamlı olmaqla yanaşı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli və səliqəli olmalıdır.

Bir sözlə “saqqal qadağası” anlayışı yoxdur. Sadəcə olaraq tələbələrin xarici görünüşü, o cümlədən saqqalları da səliqəli olmalıdır” – deyə universitet rektoru bildirib.

Qeyd: Məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu göndərilib.

Nuranə Daxilqızı

"Bakıvaxtı.az"

Xəbər lenti