Azərbaycan Texniki Universiteti (AzTU) sentyabrın 29-dan əyani tədrisə başlayıb.
Tehsil.biz xəbər verir ki, tədris Operativ Qərargahın qərarlarına uyğun olaraq təşkil olunub. Dərs zamanı auditoriyalardan eyni vaxtda mövcud yerlər 70 faizindən çox olmamaqla və tələbələr arasında 1 metr məsafə saxlanılmaqla istifadə olunub.
Universitetə daxil olmaq üçün tələbələrə smart-kartlar paylanılıb. Vaksinasiyadan keçən tələbələrin COVID-19 pasportu həmin smart-kartlara inteqrasiya olunub. Tələbələr smart-kartları turniketlərə tətbiq etməklə universitetə daxil olur. Yaşı 18-dən yuxarı olan və COVID-19 pasportu olmayan tələbələrin smart-kartları bloklanıb. Yaşı 18-dən aşağı olan tələbələr üçün isə vaksinasiya məcburi olmadığından onlar üçün heç bir məhdudiyyət tətbiq olunmayıb.
Məlumat üçün bildirək ki, AzTU-da mühazirə dərsləri onlayn formada aparılacaq.