Logo

Təhsil İnstitutu: "İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb"

29.09.2021 17:22 531 baxış
IMG

Təhsil İnstitutu orta məktəb şagirdləri üçün iş dəftərlərinin satışda tapılmamasına aydınlıq gətirib.

Tehsil.biz-in xəbərinə görə, institutdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən illərdə olduğu kimi iş dəftərlərinin əldə olunması "Azərpoçt MMC" vasitəsilə həyata keçirilir.

"İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir", - institutdan qeyd olunub.

Xəbər lenti