"Hazırda Bakı Dövlət Universitetində 22 min nəfərə yaxın tələbə təhsil alır. Bu il isə 5000 nəfər tələbə universitetin birinci kursuna qəbul olunub".
Tehsil.biz xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu gün təhsil müəssisəsinin qarşısında yaranmış izdiham barədə danışarkən deyib.
Rektor bildirib ki, tədrisin ilk günü olduğu üçün tələbələri qohumlarının müşayiət etməsi və tədris bitənədək onları gözləməsi universitetin önündə müəyyən sıxlığa səbəb olur:
"Cari ildə pandemiya şərtlərinə görə, təhsil müəssisəsində tədris növbəlilik prinsipi əsasında təşkil olunur. Hər növbə üzrə isə BDU-ya minlərlə tələbə gəlir. Bu sıxlıq da tədrisin ənənəvi qaydada təşkilinə problem yaradır. Buna görə də valideynlərdən xahiş edirik ki, övladlarını müşayiət etməsinlər".