Bakıda “Landau School” özəl məktəbin həyətində yaranan insidentlə bağlı araşdırma başlayıb.
Yayılan görüntülərdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görünür. Hadisə “Landau School”un Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən filialında baş verib.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək”.