Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Neft-kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və Bakı Mühəndislik Universitetinin kafedra müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayev Almaniyada onlayn rejimdə keçirilən “5-ci Yaşıl və Davamlı Kimya Konfransına” qatılıblar.
Aşqarlar Kimyası İnstitutundan bildirilib ki, kimyaçı alimlər konfransda “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksək keyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” layihəsi çərçivəsində yerinə yetirdikləri elmi tədqiqatların nəticələrindən bəhs ediblər.