Logo

Tarix Muzeyində Yuxarı Gövhər ağa məscidini əks etdirən fotoneqativ saxlanılır

19 Ноября 56 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidini əks etdirən 1934-cü ilə aid fotoşəklin neqativi qorunur.

 

Muzeydən bildirilib ki, şəklin alınma tarixi 1954-cü ilə aiddir. Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşir. Məscidin inşası dörd mərhələdə aparılıb.

 

Ərazidə ilk məscid Pənahəli xanın göstərişi ilə təxminən 1750-ci illərdə qamışdan inşa edilib. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilib.

IX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid tikilir.1883-cü ildə Gövhər ağanın maddi vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilib. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Xəbər lenti