Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yüksək nəticə ilə ali təhsil müəssisəsinə qəbul olan tələbələrin bir qrupu ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Aqrar İqtisadiyyat fakültəsinin tələbələri Balakişi Məmmədəliyev və Sevil Əliyeva iştirak ediblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tələbələrə təhsil həyatlarında uğur və nailiyyətlər arzu edib. Bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universiteti onların özlərini inkişaf etdirməsində və gələcəyin uğurlu mütəxəssisi olmaları üçün böyük imkanlar vəd edir.
Sonda tələbələrə tələbə biletləri və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Sevil Əliyeva Vətən müharibəsi dövründə Ermənistanın dinc əhalini hədəf alan raket hücumları nəticəsində hər iki valideynini itirib.