Sentyabrın 27-də Bakı Slavyan Universitetində (BSU) ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tehsil.biz xəbər verir ki, BSU-nun rektoru səlahiyyətlərini icra edən,siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev deyib: “Dövlət başçımız,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründə 30 illik işğala son qoyaraq Qarabağı azad etdi.
Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü təmin etdi.8 Noyabr xalqımızın müasir tarixinə Zəfər Günü kimi daxil oldu. Qarabağı işğaldan azad edən milli ruhlu,vətənpərvər gənclik cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə formalaşdı.Bu gəncliyin yetişməsində təhsil işçilərinin də mühüm xidmətləri var.Azərbaycanın Vətən müharibəsində böyük Qələbə qazanması nəticəsində Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşdı”.
Sonra isə başda rektor səlahiyyətlərini icra edən Anar Nağıyev olmaqla, prorektorlar, dekanlar, professor-müəllim heyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının universitet üzrə ərazi partiya təşkilatının Gənclər Birliyinin, Tələbə Gənclər Təşkilatının və Ölkəşünaslıq Klubunun nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Vətən müharibəsi şəhidlərinin məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.Eyni zamanda 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun və polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin xatirəsi ehtiramla yad edilib,məzarları önünə gül dəstələri düzülüb.Həmçinin bir qrup müəllim və tələbə BSU-nun şəhid məzunu Nicat Şükürlünün Badamdardakı məzarını,bir qrup müəllim və tələbə isə digər şəhid məzunu Elnur Allahverdizadənin Sumqayıtdakı məzarını ziyarət ediblər.