Logo

İcma əsaslı məktəbəqədər təhsilə 10 minədək uşaq cəlb olunub

19.11.2020 16:56 545 baxış
IMG

Oktyabrın ilk həftəsindən başlayaq icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq erkən təhsilə cəlb olunub.

 

Təhsil Nazirliyindən  bildirilib ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar əyani tədris formasına müvəqqəti fasilə verilsə də, valideynlərin maariflənməsi üçün yaradılan ilk5il.com platforması erkən uşaq inkişafı ilə bağlı fəaliyyətini davam etdirir. Eyni zamanda, bu tədris ilində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəsmi veb-saytı (www.icmalayihesi.edu.az) fəaliyyətə başlayıb. Bu da vətəndaşlara layihə barədə suallarını yönləndirmək imkanı verir. Bununla yanaşı, layihənin “Facebook” səhifəsi də aktivdir.

 

Ümumi sayı 500-ə çatan icma əsaslı məktəqəbədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki infrastrukturunun monitorinqi üçün 21 mentor fəaliyyət göstərir. Xüsusi karantin rejimi dövründə tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər aşağıdakı mövzuları əhatə edib:

 

- Uşaqlarda koqnitiv sferanı necə inkişaf etdirməsi;

 

- Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi;

 

- Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri;

 

- Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası və sair.

 

Qeyd edək ki, bu tədris ilində ümumilikdə 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi respublikanın 50 şəhər və rayonunda icra olunur.

Xəbər lenti